Ziya Məmmədovun qardaşı oğlunun dəbdəbəli toyu: Alişanı gətirdilər - Video

MAQAZİN bölməsi

13:46 - 19 Fevral 2022

 Ziya Məmmədovun qardaşı oğlunun dəbdəbəli toyu: Alişanı gətirdilər - Video

Türkiyəli məşhur sənətçi Alişan Bakıya gəlib.

Yenipress.az Olay-a istinadən xəbər verir ki, o, paytaxtımıza sabiq nazir Ziya Məmmədovun qardaşı oğlu Arzuman Məmmədovun toyu üçün təşrif buyurub.

Ötən gün keçirilən dəbdəbəli məclisdə xeyli sayda sənətçi iştirak edib. Gecədə xalq artisti Röya Ayxan, əməkdar artistlər Sevda Ələkbərzadə, Abbas Bağırov, müğənni Zamiq Hüseynov da səhnə alıb. Tədbirin aparıcısı isə Leyla Quliyeva olub.

Məclisdən sonra isə Abbas Bağırov və müğənni Vüsal Hacıyevin də yer aldığı yığıncaq təşkil edilib. Sənətçilərimiz Alişanla birlikdə mahnılar səsləndirib.

Xəbər xətti


Digər xəbərlər