Xalq artisti bu teatrın direktoru oldu

MAQAZİN bölməsi

13:15 - 7 Aprel 2023

 Xalq artisti bu teatrın direktoru oldu

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına yeni direktor təyin olunub.

Bu barədə Yenipress.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, teatrın direktoru vəzifəsinə Yusif Eyvazov gətirilib.

Bununla bağlı mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Y.Eyvazov opera müğənnisi, dramatik tenor, Azərbaycan Respublikasının Xalq artistidir.

O, 1996-cı ildə Bakı Musiqi Akademiyasına daxil olub, 2003-2007-ci illərdə təhsilini İtaliyanın məşhur “Istituto Musicale Pareggiato Achille Peri” institutunda vokal ixtisası üzrə davam etdirib, Franko Korelli, Luçano Pavarotti, Maqda Oliveri, Plaçido Dominqo kimi opera korifeylərindən ustad dərsləri alıb. Y.Eyvazov Kapriolo, Montanyana və Milan vokal müsabiqələrinin finalçısı və qalibi olub. Milanın La Skala Operası, Vyana Dövlət Operası, Berlin Dövlət Operası, Nyu-York Metropoliten-Opera, Rusiya Dövlət Akademik Böyük Teatrı (Bolşoy Teatr), Sankt-Peterburqun Mariinski Teatrı kimi məşhur səhnələrdə çıxış edib.

Xəbər xətti


Digər xəbərlər