Ramiz Mehdiyevin istefa ərizəsi qəbul olundu - Təcili

TOPLUM bölməsi

12:15 - 19 Fevral 2022

 Ramiz Mehdiyevin istefa ərizəsi qəbul olundu - Təcili

11:55

AMEA Rəyasət Heyətinin fevralın 14-də keçirilən iclasında istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirən Ramiz Mehdiyev bu gün keçiriləcək ümumi yığıncaqda iştirak üçün Rəyasət Heyətinin yerləşdiyi binaya gəlib.

Yenipress.az Oxu.az-a istinadən xəbər verir ki, R.Mehdiyevdən başqa akademik Nizami Cəfərov və AMEA-nın müxbir üzvü Kamal Abdulla da iclasda iştirak edəcək.

N.Cəfərov jurnalistlərin iclasda namizədlərdən kimin seçiləcəyinə dair sualına cavab olaraq bildirib ki, bu, hələ məlum deyil, iclasdan sonra məlumat veriləcək.

K.Abdulla da bildirib ki, ümumi yığıncaqda yalnız bir məsələ müzakirə ediləcək.

***

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevin istefa ərizəsi qəbul olunub. Bu barədə qərar AMEA-nın ümumi yığıncağında qəbul olunub.

Bununla bağlı akademik Nizami Cəfərov məlumat verib.

O bildirib ki, AMEA-da prezident vəzifəsini Akademiyanın birinci vitse-prezidenti Arif Həşimov icra edəcək

Xəbər xətti