Naxçıvanda Nəriman Nərimanovun Böyük bağın girişində qoyulmuş heykəlini söküblər.
Yenipress.az xəbər verir ki, bu barədə Naxçıvandan olan jurnalist Heydər Oğuz məlumat yayıb.
"Bu axşam heykəlin ətrafı nazik dəmir təbəqə ilə əhatəyə alınıb. Daha sonra onun boğazına kəndir salıb, kranla dartaraq yerindən qoparıb, yük maşınına mindirərək bilinməyən istiqamətə aparıblar", - deyə o bildirib.