Bəhram Bağırzadə DİN-də yüksək vəzifə “aldı”

MAQAZİN bölməsi

14:26 - 1 Aprel 2023

 Bəhram Bağırzadə DİN-də yüksək vəzifə “aldı”

Bəhram Bağırzadə sosial şəbəkə hesabında yüksək vəzifəyə təyinat aldığı haqda məlumat yerləşdirib.

Yenipress.az xəbər verir ki, onun sosial şəbəkə hesabında belə qeyd olunub:

“Bəhram Bağırzadə mayor rütbəsi ilə DİN Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsinin rəisi təyin edilib. Bəhram Bağırzadə özü deyib ki, təyinat onun üçün tap gözlənilməz olub, amma o, göstərilən etimadı doğrultmaq üçün özünü yeni vəzifəsinin icrasına həsr etməyə hazırdır”.

Qeyd edək ki, 1 Aprel – bəzi ölkələrdə gülüş günü kimi qeyd edilir. Bu tarixdə adətən müxtəlif zarafatlar edilir. B.Bağırzadə də üçüncü şəxsin dili özü ilə bağlı zarafatını paylaşıb.

Xəbər xətti