Roma Papası xəstəxanadan buraxıldı

DÜNYA bölməsi

14:22 - 1 Aprel 2023

 Roma Papası xəstəxanadan buraxıldı

Roma Papası Fransisk xəstəxanadan buraxılıb.

Yenipress.az xəbər verir ki, bu barədə Roma Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Papa klinikanı tərk etməzdən əvvəl rəhbərliyi və bütün tibbi heyəti salamlayıb.

Xatırladaq ki, o martın 29-da tənəffüs çətinliyi ilə Gemelli Xəstəxanasına yerləşdirilib və daha sonra Papa Fransiskə bronxit diaqnozu qoyulub.

Yenipress.az

Xəbər xətti