Dünən İran hökuməti Azərbaycanın Təbrizdəki Baş Konsulluğun qarşısında etiraz aksiyası təşkil edib.
Yenipress.az“Azad İran” Teleqram kanalına istinadən xəbər verir ki, aksiyada diqqət çəkən maraqlı məqam aksiyanı təşkil edən SEPAH-ın azyaşlı uşaqlardan siyasi alət kimi istifadə etməsi olub.
Belə ki, konsulluğun qarşısına gətirilən insanların əksəriyyəti uşaq olub.
Aksiyaya münasibət bildirən İranın qatı antiazərbaycan media fəalı Rza Abbasi özünün Tvitter hesabında Konsulluğun qarşısında keçirilən aksiyadan foto paylaşaraq, Azərbaycanın diplomatik nümayəndəliyini "şeytan yuvası" adlandırıb.