Moləvi: İranda həqiqi cümhuriyyət buna görə qurulmayıb

DÜNYA bölməsi

19:58 - 31 Mart 2023

 Moləvi: İranda həqiqi cümhuriyyət buna görə qurulmayıb

İran hakimiyyətinin siyasətləri dalana dirənib.

Yenipress.az xəbər verir ki, bu sözləri Sünni məzhəbli etnik bəluçların nüfuzlu din xadimi, Zahidan şəhərinin cümə imamı Moləvi Əbdülhəmid deyib.

O, Tehran hakimiyyətinin ötən 44 il ərzində bütün fürsətləri hədərə verdiyini və xalqla dil tapa bilmədiyini söyləyib.

“Ayrı-seçkiliyin aradan qaldırılmadığı, ölkə idarəçiliyi və hakimiyyətdə hərtərəfli dərin dəyişikliklərin olmadığı müddətcə bütün problemlər həll olunmamış qalacaq”.

Moləvi Əbdülhəmid son 40 ildə İranda dini və qrup hakimiyyətinin siyasi idarəçiliyi ələ aldığına görə, həqiqi cümhuriyyətin qurula bilmədiyini deyib.

Cavid

Xəbər xətti