Bölgədə sülhə cəhd edilir, İran vəziyyəti gərginləşdirir: Böyük risk...

SİYASƏT bölməsi

18:47 - 31 Mart 2023

 Bölgədə sülhə cəhd edilir, İran vəziyyəti gərginləşdirir: Böyük risk...

İranın Suriya səfiri Mehdi Sübhani Ermənistana səfir olacaq. Tehran Universitetində beynəlxalq münasibətlər doktorluğu müdafiə edən Mehdi Subhani uzun illər xarici işlər nazirliyində diplomat işləyib.

Yenipress.az xəbvər verir ki, bunu QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy qeyd edib.

“Pakistanın Karaçi bölgəsində konsul, Türkmənistan və Ukraynada səfir müavini olub. Sübhani post-sovet regionu yaxşı bilən diplomatdır. Pakistan və Suriya kimi gərgin bölgələrdə işləyib. 2017-ci ildən Suriyada səfir olmuş Sübhani İranın bu ölkədəki mövqeyinin güclənməsinə xidmət edib. Xatırladaq ki, Suriyada qeyri-nizami müharibə üçün hazırlanan İran yanlısı Haşdi Şabi silahlı gücü var. Önümüzdəki dövrdə İran-Ermənistan münasibətlərinin bu konktesdə xüsusilə də fəallaşmasını gözləmək olar. Yəni İran Ermənistanda qeyri-nizami birliklər qurmağa ciddi dəstək verə bilər. Xatırladaq ki, İran ilə Ermənistan arasında son 2 ildəki hərbi və təhlükəsizlik əməkdaşlığın ciddi şəkildə güclənib. Bölgədə sülh müqaviləsi istiqamətində səylər artdıqca, rəsmi Tehranın vəziyyəti çoxtərəfli gərginləşdirməyə çalışması böyük risklər yaradır!”, - o əlavə edib.

Xəbər xətti