Putin ölkənin xarici siyasətinin yeni konsepsiyasını təsdiqlədi

DÜNYA bölməsi

17:33 - 31 Mart 2023

 Putin ölkənin xarici siyasətinin yeni konsepsiyasını təsdiqlədi

Rusiya Prezidenti Vladimir Putin ölkənin xarici siyasətinin yenilənmiş konsepsiyasını təsdiq edən fərman imzalayıb.

Yenipress.az xəbər verir ki, o, bu barədə Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə deyib.

Putin qeyd edib ki, yeni xarici siyasət konsepsiyası orta və uzunmüddətli perspektivdə praktiki fəaliyyətlərin əsasını təşkil edəcək:

“Yeni xarici siyasət konsepsiyası beynəlxalq məsələlər üzrə gələcək iş üçün sağlam doktrina əsası rolunu oynayır”.

Rusiya lideri ümumi xarici siyasətin həyata keçirilməsində iştirak edən həmkarlarından konstruktiv fikirli tərəfdaşlarla əlaqələrin genişləndirilməsinə və qeyri-dost dövlətlərin Rusiyaya qarşı düşmənçilik siyasətindən əl çəkməsinə şərait yaratmağa xüsusi diqqət yetirməyi xahiş edib.

Yenipress.az

Xəbər xətti