Hərbçimiz nişanlısının yanında öldü

TOPLUM bölməsi

15:43 - 31 Mart 2023

 Hərbçimiz nişanlısının yanında öldü

Daxili Qoşunların hərbçisi vəfat edib.

Yenipress.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Zaqatala rayonunda qeydə alınıb.

Daxili Qoşunların hərbi qulluqçusu, Zaqatala sakini, 27 yaşlı Məhəmməd İbrahim oğlu Cindarov ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, M.Cindarov Daxili Qoşunların hərbi qulluqçusudur. O, Zaqatalaya məzuniyyətə gəlibmiş.

Onu da qeyd edək ki, M.Cindarov nişanlı olub. Bu gün o nişanlısını görməyə gedibmiş. Hadisə də nişanlısının evində olub. M.Cindarov nişanlısının yanında dünyasını dəyişib.

Xəbər xətti