Haradasa yeni münaqişə başlasa, dünya Ukraynanı unudacaq.
Yenipress.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Əgər sabah planetin hər hansı bir yerində ən kiçik belə olsa, münaqişə başlasa, Ukrayna unudulacaq. Heç kim onlara silah verməyəcək. Bəs bu halda nə olacaq? Hətta məğlub olmasalar belə, təkbaşına ölkəni bərpa edə bilməyəcəklər”, - Lukaşenko bildirib.