İlon Mask Çinə səfər edəcək

GÜNDƏM bölməsi

12:29 - 31 Mart 2023

 İlon Mask Çinə səfər edəcək

“Tesla”nın baş direktoru İlon Mask aprel ayında Çinə səfər etməyi planlaşdırır.

Yenipress.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, Maks Baş nazir Li Qianq ilə görüşmək istəyir.

Bildirilib ki, Çin ABŞ-dan sonra “Tesla” üçün ikinci ən böyük bazardır. Şanxay zavodu elektrik avtomobil istehsalçısının ən böyük istehsal mərkəzi kimi tanınır.

Qeyd edək ki, Maskın Çinə səfəri koronavirus pandemiyasından sonra ölkəyə ilk səfəri olacaq.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər