Daşkənd-Bakı birbaşa uçuşların sayı artırıldı

TOPLUM bölməsi

11:11 - 31 Mart 2023

 Daşkənd-Bakı birbaşa uçuşların sayı artırıldı

Özbəkistan Hava Yollarının Daşkənddən Bakıya həyata keçirdiyi birbaşa uçuşların sayı həftədə 4 dəfəyə yüksəlir.

Yenipress.az xəbər verir ki, bu barədə Özbəkistan Hava Yolları məlumat yayıb.

“Özbəkistan Hava Yolları Daşkənd-Bakı-Daşkənd marşrutu üzrə daha müntəzəm reyslər həyata keçirməyə başlayacaq. Belə reyslə Özbəkistanın paytaxtından Azərbaycanın paytaxtına və əks istiqamətdə həftədə dörd dəfə getmək mümkün olacaq. Reys hər iki həftə sonu yerinə yetiriləcək, çərşənbə axşamı və cümə axşamı daha iki reys planlaşdırılır.

Daşkənddən Bakıya baqajla birlikdə ən aşağı büdcəli biletin qiyməti 1 918 785 sum (təxminən 170 dollar) olacaq. Daşkənd-Bakı-Daşkənd səfərinin qiyməti ən azı 3 milyon 874 min 470 sum (demək olar ki, 350 dollar) olacaq”, - məlumatda deyilir.

Yenipress.az

Xəbər xətti