Vaşinqton: Amerikalı jurnalistin həbsi sadəcə gülüncdür

DÜNYA bölməsi

10:57 - 31 Mart 2023

 Vaşinqton: Amerikalı jurnalistin həbsi sadəcə gülüncdür

Ağ Ev Rusiya tərəfindən saxlanılan “Voll Strit Jurnal” qəzetinin jurnalisti Evan Qerşkoviçə qarşı casusluq iddialarını gülünc adlandırıb və bu ittihamları etibarlı hesab etmək üçün heç bir əsasın olmadığını deyib.

Yenipress.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib.

“Bu casusluq ittihamları gülüncdür. Rusiya hökuməti tərəfindən Amerika vətəndaşlarının təqib edilməsi qəbuledilməzdir”, - o bildirib.

Ağ Evin ayrıca bəyanatında isə qeyd olunur ki, Dövlət Departamenti Qerşkoviçin saxlanılması ilə bağlı Rusiya hökuməti ilə birbaşa əlaqə saxlayır:

“Bayden administrasiyası jurnalistin ailəsi və işəgötürənlə də əlaqə saxlayır. Rusiyada yaşayan və ya səyahət edən ABŞ vətəndaşları dərhal ölkəni tərk etməlidirlər””.

Yenipress.az

Xəbər xətti