Separatçılar inanılmaz məlumatlar yayır – Xocavənddə nələr yaşanır?

SİYASƏT bölməsi

10:40 - 31 Mart 2023

 Separatçılar inanılmaz məlumatlar yayır – Xocavənddə nələr yaşanır?

Erməniləri separatçılarına məxsus mənbələr və Rusiya Müdafiə Nazirliyi Xocavənddə atəşkəs rejiminin pozulduğunu bildirilib.

Yenipress.az Globalinfo.az-a istinadən xəbər verir ki, hadisədən sonra rus sülhməramlılarının Azərbaycan və Ermənistan tərəfləri ilə danışıqlar apardığı vurğulanıb.

Həmçinin qeyd edilib ki, “insident zamanı” hər hansı tələfat qeydə alınmayıb.

Separatçılar atəşkəsi Azərbaycan hərbçilərinin pozduğunu iddia ediblər. Lakin xatırlatmaq yerinə düşər ki, ötən gün və ondan bir qədər əvvəl Azərbaycan Ordusu, demək olar ki, atəş açmadan Qarabağda, eləcə də Ermənistan nəzarətə götürüb. Belə böyük əməliyyatları silah gücü ilə deyil, peşəkarlıq hesabına icra edən bir ordunun Xocavənddə bir ovuc tör-töküntüyə atəş açması haqda deyilənlər, təbii ki, cəfəng və təxribat məzmunlu iddiadır.

Həm separatçılar, həm də sülhməramlılar bu iddia ilə bölgədə vəziyyətin guya gərgin olması haqda fikir formalaşdırmağa çalışırlar. Lakin bu cəhdlərlə Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasının qarşısını almaq mümkün olmayacaq.

Bakı geridönüşü olmayan bir prosesə start verib.

Xəbər xətti