Erməni ekspert: Biz torpaq itirməyə davam edəcəyik

SİYASƏT bölməsi

10:19 - 31 Mart 2023

 Erməni ekspert: Biz torpaq itirməyə davam edəcəyik

Kapitulyasiya edənlərin əli ilə Zəngəzurdakı Dağ (Teh) kəndi bu gün tamhüquqlu sərhədə çevrilib.

Yenipress.az xəbər verir ki, bunu erməni türkoloq Varujan Geqamyan deyib.

“Evlərimizi və torpaqlarımızı “itiririk”. Milli güc olmadığı müddətcə itirməyə davam edəcəyik”, - o bildirib.

Qeyd edək ki, Azərbaycan Ordusu yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələri nəzarətə götürüb.

Erməni mediası isə Dağ (Tex) kəndi yaxınlığında Ordumuzun mühəndis işləri gördüyü barədə video yayıb.

Yenipress.az

Xəbər xətti