Rostovda 35 min insan işıqsız qaldı

DÜNYA bölməsi

20:32 - 30 Mart 2023

 Rostovda 35 min insan işıqsız qaldı

Rusiyanın Rostov vilayətində 35 minə yaxın insan işıqsız qalıb.

Yenipress.az xəbər verir ki, bu barədə əyalət qubernatoru Vasili Qolubev məlumat verib.

Bildirib ki, 35 min insanın elektrik enerjisinin kəsilməsinə əlverişsiz hava şəraiti səbəb olub.

“Güclü külək və sulu qar səbəbindən regionun mərkəzindəki səkkiz rayon və üç şəhərdə demək olar ki, 35 min sakinin elektrik təchizatı dayandırılıb. Təcili bərpa işləri gecə-gündüz davam edəcək”.

O, həmçinin, sərt hava şəraitinin magistral yollarda bir neçə kilometrlik tıxaclara səbəb olduğunu, qəzalarla nəticələndiyini diqqətə çatdırıb.

Asena

Xəbər xətti