London dünyanın əsas maliyyə mərkəzi statusunu itirdi

DÜNYA bölməsi

18:59 - 30 Mart 2023

 London dünyanın əsas maliyyə mərkəzi statusunu itirdi

London tarixdə ilk dəfə olaraq dünyanın əsas maliyyə mərkəzi statusunu itirib. 

Yenipress.az xəbər verir ki, bu barədə “Finansial Times” nəşrinin hesabatında qeyd olunub. 

Bildirilir ki, Britaniyanın paytaxtı indi bu postamentdə liderliyi Nyu Yorkla bölüşür. Nəşrin reytinqində hər iki şəhər 60 bal toplayıb. Bundan əvvəl Londonun 59, Nyu-Yorkun isə 58 xalı var idi: 

“Böyük Britaniyanın paytaxtı borcların buraxılması, kommersiya sığortası və aktivlərin idarə edilməsi üzrə liderliyini davam etdirir. Lakin dünya maliyyə mərkəzi statusunu qorumaq üçün London və onun şəhəri tənzimləməni təkmilləşdirməli və xaricdən ixtisaslı işçi qüvvəsinin axınını təmin etməlidir. Keçən ilin nəticələri göstərdi ki, daha çox şirkət, o cümlədən Britaniya şirkətləri Nyu-Yorkda ilkin kütləvi təklif (IPO) keçirməyə üstünlük verirlər. Maliyyə rəhbərləri bunun səbəbini ABŞ-da, xüsusən də banklar və sığorta şirkətləri üçün daha az sərt biznes mədəniyyətində görürlər”,-hesabatda bildirilib.

Asena

Xəbər xətti