Rusiya hərbi məhsulların ixracı ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını keçirəcək

DÜNYA bölməsi

18:48 - 30 Mart 2023

 Rusiya hərbi məhsulların ixracı ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını keçirəcək

Rusiya Federasiyası BMT Təhlükəsizlik Şurasına sədrliyi zamanı aprel ayında hərbi məhsulların ixracı zamanı pozuntularla bağlı iclas keçirəcək. 

Yenipres.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

“Aprel ayında BMT Təhlükəsizlik Şurasına sədrlik Rusiyaya keçəcək. Planlaşdırılan görüş bu müddət ərzində mərkəzi tədbirlərdən biri kimi təyin edilib”, -o bildirib. 

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi, həmçinin, belə dağıdıcı addımlara qarşı durmağın yollarını müzakirə etməyin vacib olduğunu qeyd edib. 

Xəbər xətti