Manafdan şok açıqlama: Ayda 1-2 dəfə Füzuliyə gedirəm

GÜNDƏM bölməsi

17:30 - 18 Fevral 2022

 Manafdan şok açıqlama: Ayda 1-2 dəfə Füzuliyə gedirəm

Müğənni Manaf Ağayevin Füzuliyə getməsi və oradan video paylaşması müzakirələrə səbəb olub. Tənqidlərdən sonra M.Ağayev həmin paylaşımını silib.

Yenipress.az xəbər verir ki, müğənni Azxəbər.com-a açıqlamasında Füzuliyə ayda bir neçə dəfə getdiyini bildirib.

O həmçinin işğaldan azad edilmiş əraziyə getdiyi avtomobili bahalı adlandıranlara da cavab verib:

“Mən elə ayda bir dəfə, iki dəfə Füzuliyə gedirəm. Nə bahalı avtomobil? Öz maşınımla getmişəm, 4 ildir bu maşın məndədir, gedin ayrı “tema” tapın”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov bildirib ki, görüntülər yayıldıqdan dərhal sonra polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Məhkəmənin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub.

Xəbər xətti


Digər xəbərlər