Üstü bəzək, altı təzək: "Bravo"da satılan bu məhsul zaydır, almayın! - Foto

TOPLUM bölməsi

14:27 - 30 Mart 2023

 Üstü bəzək, altı təzək:

Bakıda “Bravo” supermarketlər şəbəkəsindən alınan saçaqlı pendir yararsız çıxıb.

Yenipress.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, məhsul "Bravo"nun Xətai rayonunda yerləşən filialından alınıb.

Belə ki, məhsulun keyfiyyətli hissəsi təqdim olunan kiçik qablaşdırmanın üzərinə, zay hissəsi isə keyfiyyətli hissənin altına səliqə ilə yığılıb.

"Üsü bəzək, altı təzək" deyiminə sadiq qalan "Bravo" günahı istehsalçı şirkətdə görüb və bununla bağlı araşdırma aparıldığını bildirib.

Məhsulun istehsalçısı “Səhliyalı” şirkəti isə məhsulun saxlanılma şəraitindən şikayətlənərək, topu yenidən “Bravo”ya ötürüb.

Adıçəkilən şirkətlərin sözügedən məsələ ilə bağlı açılamasını dərc etməyə hazırıq.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər