Rusiya xarici işlər naziri Sergey Lavrov Çavuşoğlunun dəvəti ilə aprelin 6-7-də Türkiyəyə səfər edəcək.
Yenipress.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Səfər çərçivəsində ikitərəfli münasibətlərin müzakirə olunacağı, Suriya, Ukrayna və Qarabağdakı hazırkı vəziyyətlə bağlı fikir mübadiləsi aparılacağını bildirilib.