Agentliyə sədr təyin olunan Zaur Mikayılov kimdir? - Dosye

TOPLUM bölməsi

15:48 - 30 Mart 2023

 Agentliyə sədr təyin olunan Zaur Mikayılov kimdir? - Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Zaur Rauf oğlu Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.

Yenipress.az Zaur Mikayılovun dosyesini təqdim edir:

Z.Mikayılov Boğaziçi Universitetinin "Biznesin idarə olunması" fakültəsini bitirib.

2001–2009-cu illər ərzində “Bakcell” MMC-də baş kommersiya inzibatçısı kimi işləyib.

Daha sonra Zaur Mikayılov “PAŞA Construction” tikinti şirkətində yüksək vəzifə tutub. Belə ki o, “Port Baku Towers”in baş direktoru olub.

“PAŞA Holdinq”in strukturuna daxil “Agro Dairy” MMC-də baş direktor vəzifəsini fəaliyyət göstərib.

2018-ci ilin noyabr ayında Zaur Mikayılov “Bravo” supermarketlər şəbəkəsinin icraçı direktoru təyin edilib. 2021-ci ilin yanvar ayında isə vəzifəsini tərk edib.

2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Yenipress.az

Xəbər xətti