Firdovsi Əliyevə yeni vəzifə verildi

TOPLUM bölməsi

12:53 - 30 Mart 2023

 Firdovsi Əliyevə yeni vəzifə verildi

Ekologiya və təbii sərvətlər nazirinin keçmiş müavini Firdovsi Əliyevə yeni vəzifə verilib.

Yenipress.az Report-a istinadən xəbər verir ki, o, ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, F.Əliyev bu ayın əvvəlində Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə nazir müavini vəzifəsindən azad edilib. Onun yerinə Prezidentin digər sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva təyinat alıb.

Xəbər xətti