Baksol yolu bağlanır

TOPLUM bölməsi

12:41 - 30 Mart 2023

 Baksol yolu bağlanır

Bakının Nərimanov rayonunun Baksol yolunda aprelin 2-də saat 08:00-dan 22:00-dək nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Yenipress.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, buna səbəb dəmir yolu xətti üzərində aparılacaq təmir işləridir.

Agentlik sürücülərə qeyd olunan vaxt kəsiyində alternativ yollardan istifadə etməyi tövsiyə edir.

Xəbər xətti