Ordumuz 1 kilometr irəlilədi, ruslar çıxarmağa çalışır

SİYASƏT bölməsi

12:15 - 30 Mart 2023

 Ordumuz 1 kilometr irəlilədi, ruslar çıxarmağa çalışır

Azərbaycan Ordusu Qarabağdakı son əməliyyatla ən azı bir kilometr irəliləyib.

Bu məlumatı “Hraparak” qəzeti öz mənbələrinə istinadən yayıb.

“Mənbəmiz deyir ki, əvvəlcə onlar (ordumuz – red.) qrunt yolu tutmayaraq, sadəcə yola yaxınlaşıblar. Nəticədə bu yol hədəfə düşdüyündən orada hərəkət təhlükəli olub. Ona görə də erməni tərəfi bu yoldan qaçıb. Rəqibin silahlı qüvvələri təxminən 1 kilometr irəliləyiblər və bu, Rusiya sülhməramlılarının fəaliyyətsizliyinin nəticəsidir. Sülhməramlılar çalışırlar ki, azərbaycanlıları dinc yolla çıxarsınlar, amma bu, nəticə vermir”, – qəzetin mənbəsi bildirib.

Məqalədə həmçinin Turşsu-Xəlfəli yolundan başqa Ermənistanla Qarabağı birləşdirəcək digər yolların da olduğu, amma onların çətin keçilən olduğu vurğulanıb.

Qeyd edək ki, bundan öncə Azərbaycan ordusu lokal nəzarət tədbirləri görərək, Turşsu-Xəlfəli yoluna nəzarəti təmin edib. Bu gün isə Azərbaycan Müdafiə Nazirliyi yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar olaraq Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələrin nəzarətə götürüldüyünü bilidirib.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan ordusu indiyə qədər nəzarətə götürdüyü heç bir mövqedən geri çəkilməyib. Sözügedən ərazilərdən çıxması da gözlənilmir.

Xəbər xətti