İran Azərbaycanın bu ölkədəki obyektlərini vurmaq istəyib - Sensasiya

SİYASƏT bölməsi

11:21 - 30 Mart 2023

 İran Azərbaycanın bu ölkədəki obyektlərini vurmaq istəyib - Sensasiya

İranın 2022-ci ildə Tanzaniyada həbs edilmiş Həmid Salari ləqəbli kəşfiyyatçısı Həmidrza Məhəmməd Abraxın etirafları yayılıb.

Etirafları İranın mühacir mətbuatı yayıb.

Məlumata görə, Abraxın Tanzaniyada əsas vəzifəsi yerli və xarici vətəndaşları təsir altına salmaq olub. Bu şəxslər vasitəsilə İsrail, ABŞ, Səudiyyə Ərəbistanı və Azərbaycanın Afrikadakı obyektlərinə hücumların təşkili, eləcə də onların izlənilməsi nəzərdə tutulub.

Mətbuat Abraxın həbs edilənə qədər İran kəşfiyyatının xüsusilə Əfqanıstan və Pakistandakı tapşırıqlarını icra etdiyini yazıb. O, 2019-cu ildə böyük  hazırlıqdan sonra Tanzaniyaya göndərilib. Burada isə neft taciri kimi fəaliyyətini davam etdirib.

Abraxın artıq Afrikadakı agentləri haqqında ətraflı məlumatı yerli qurumlara verdiyi vurğulanıb. Məhz bundan sonra o, Tanzaniyadan İrana ekstradisiya edilib.

Qeyd edək ki, Abrax 2022-ci ildə məhz MOSSAD-ın məlumatı əsasında saxlanılıb.

Xəbər xətti