Mask və Voznyakdan həyəcan: Süni intellekti dayandırmaq lazımdır

İKT bölməsi

23:31 - 29 Mart 2023

 Mask və Voznyakdan həyəcan: Süni intellekti dayandırmaq lazımdır

"Tesla"nın rəhbəri İlon Mask və Apple-ın həmtəsisçisi Stiv Voznyak da daxil olmaqla aparıcı süni intellekt (AI) tərtibatçıları güclü təhlükəsizlik protokolları tətbiq olunana qədər süni intellektin dayandırılmasını təklif ediblər.

Yenipress.az xəbər verir ki, bu barədə Həyatın Gələcəyi üçün Qeyri-Kommersiya Tədqiqat İnstitutunun dərc etdiyi açıq məktubda deyilir.

Məlumata görə, məktubu bu sahədə mindən çox aparıcı sahibkar və mütəxəssis imzalayıb.

“Süni intellekt sistemləri yalnız onların tətbiqinin nəticələrinin müsbət olacağına və riskin idarə oluna biləcəyinə əmin olduqdan sonra yaradılmalıdır”, - məktub müəllifləri yazır.

Məktubda ümumilikdə insanlar üçün potensial risklər təsvir olunur. Müəlliflər hesab edirlər ki, süni intellekt insanlarla rəqabət apara bilir, bunun nəticəsində iqtisadi və siyasi partlayışlar baş verə bilər.

Asena

Xəbər xətti