Azərbaycan bankirləri Şuşada toplaşacaq

İQTİSADİYYAT bölməsi

16:54 - 18 Fevral 2022

 Azərbaycan bankirləri Şuşada toplaşacaq

Gələn ay Şuşada Azərbaycan banklarının rəhbər şəxslərinin iştirakı ilə görüş keçiriləcək.

Yenipress.az Report-a istinadən xəbər verir ki, görüş Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə baş tutacaq.

Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində reallaşdırılan layihələr barədə təqdimatlar ediləcək, bankların bu layihələrin maliyyələşdirilməsində iştirak imkanları müzakirə olunacaq.

Xəbər xətti