Bakıda kafeyə silahlı basqın edildi

KRİMİNAL bölməsi

09:23 - 29 Mart 2023

 Bakıda kafeyə silahlı basqın edildi

Bakıda kafeyə silahlı basqın olub.

Yenipress.az xəbər verir ki, hadisə paytaxtın Biləcəri qəsəbəsində yerləşən "Aşıqlar" kafesində qeydə alınıb.

Belə ki, həmin kafeyə müştəri qismində gələn 2 nəfər şəxs Məmmədov Səxavət Məhəmməd oğlunun üzərinə bıçaq çəkərək pul tələb edib və kassadan təxminən 40-45 manat məbləğində pul götürüb.

Hadisəni törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Cəfərov Ricat Salman oğlu və 1996-cı il təvəllüdlü Alıyev Turan Ələddin oğlu saxlanılaraq polisə təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb istintaq aparılır.

Xəbər xətti