Zəvvarların avtobusu Məkkəyə gedən yolda qəzaya düşdü: 20 ölü - Video

DÜNYA bölməsi

12:21 - 28 Mart 2023

 Zəvvarların avtobusu Məkkəyə gedən yolda qəzaya düşdü: 20 ölü - Video

Səudiyyə Ərəbistanında zəvvarları daşıyan avtobusun Məkkəyə gedərkən qəzaya uğraması nəticəsində azı 20 nəfər həlak olub.

Yenipress.az xəbər verir ki, bu barədə mediada məlumat yayılıb.

“Faciə ölkənin cənub-qərbində baş verib. İlkin məlumata görə, əyləc sistemindəki nasazlıq səbəbindən avtobus minik avtomobili ilə toqquşub və nəticədə yanıb. 29 sərnişin yaralanıb. Onların əksəriyyəti ağır yanıq xəsarətləri alıb”, - məlumatda deyilir.

Qeyd edilir ki, Yəməndən olan zəvvarlar Ümrə ziyarətinə gedirmiş.

Yenipress.az

Xəbər xətti