Mətanət Əsədova Manaf Ağayevə görə DİN-in qarşısında təkcə aksiya keçirir? - Rəsmi

MAQAZİN bölməsi

15:21 - 18 Fevral 2022

 Mətanət Əsədova Manaf Ağayevə görə DİN-in qarşısında təkcə aksiya keçirir? - Rəsmi

15:02

Bu gün sosial şəbəkələrdə müğənni Mətanət Əsədovanın həmkarı Manaf Ağayevin həbsi ilə əlaqədar Daxili İşlər Nazirliyinin qarşısında təkbaşına aksiya keçirdiyi iddia olunub.

Yenipress.az xəbər verir ki, müğənni Kult.az-a açıqlamasında iddialara bu cür cavab verib:

“Xahiş edirəm, heç kim mənə zəng etməsin. Özümlə bağlı nəsə baş verdikdə sosial şəbəkə hesabımda paylaşacağam”.

DİN-nin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev isə bildirib ki, yayılan məlumatlar tamamilə yalandır.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə müğənni M.Ağayevin işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılmışdı. Daha sonra Bakı şəhəri ərazisində M.Ağayev və onun yanındakı vətəndaş Sənan Hüseynov polis idarəsinə dəvət olunublar.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla daxil olublar. Bununla bağlı onların izahatları alınıb. Həmin şəxslər saxlanılıb.

Bu gün Yasamal Rayon Məhkəməsi qərarı ilə M.Ağayev və S.Hüseynov 15 sutka həbs edilib.

Xəbər xətti