Krımda fövqəladə vəziyyət: Rusiyanın “Kalibr NK” raketləri məhv edildi

DÜNYA bölməsi

13:16 - 21 Mart 2023

 Krımda fövqəladə vəziyyət: Rusiyanın “Kalibr NK” raketləri məhv edildi

Krımın Cankoy şəhərində partlayış nəticəsində dəmir yolu ilə daşınan Rusiyanın “Kalibr NK” qanadlı raketləri məhv edilib.

Yenipress.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

“Müvəqqəti olaraq işğal olunmuş Krımın şimalındakı Cankoy şəhərində baş verən partlayış nəticəsində Rusiyanın “Kalibr NK” qanadlı raketləri dəmir yolu ilə daşınarkən məhv edilib. Bu partlayış Rusiyanın demilitarizasiya prosesini davam etdirir və Ukraynanın Krım yarımadasını işğaldan azad etməyə hazırlayır”, - məlumatda deyilir.

İdarə  xatırladıb ki, söhbət Rusiya Qara Dəniz Donanmasının yerüstü gəmilərindən buraxılış üçün nəzərdə tutulan raketlərdən gedir:

"Belə silahların məhvetmə məsafəsi yer hədəfləri üçün 2500 min kilometrdən, dəniz hədəfləri üçün isə 375 kilometrdən çoxdur".

Qeyd edək ki, hazırda Cankoy şəhərində bələdiyyə səviyyəsində fövqəladə vəziyyət tətbiq edilib.

Yenipress.az

Xəbər xətti