Paşinyanın partiyası Azərbaycan əleyhinə bəyanata "yox" dedi

SİYASƏT bölməsi

11:22 - 21 Mart 2023

 Paşinyanın partiyası Azərbaycan əleyhinə bəyanata

Ermənistan parlamentində hakim "Mülki Müqavilə" partiyasının fraksiyası müxalifətin Qarabağla bağlı hazırladığı bəyanat layihəsinə növbəti dəfə səs verməyib.

Yenipress.az xəbər verir ki, nəticədə Azərbaycanın tənqid edildiyi sənəd gündəliyə daxil edilməyib.

Qeyd edək ki, Paşinyanın partiyası bundan əvvəl də oxşar addım atmışdı və bu, müxalifətin tənqidlərinə səbəb olmuşdu.

Xəbər xətti