Tətildə azyaşlıları hara aparmaq olar? Məkanlar və qiymətlər - Video

TOPLUM bölməsi

10:20 - 21 Mart 2023

 Tətildə azyaşlıları hara aparmaq olar? Məkanlar və qiymətlər - Video

Yaz tətilinin başlamasına ən çox azyaşlılar sevinir. Tətil günlərini faydalı və maraqlı etmək üçün seçim valideynlərin üzərinə düşür.

Yenipress.az xəbər verir ki, büdcəsinə uyğun olaraq bəziləri rayonlara gedir, bəziləri isə paytaxtda gəzməli-görməli məkanlara üz tutur.

Uşaqlarla gedəcək məkanlardan biri Azərbaycan Dövlət Kukla Teatrıdır. Burada bayram proqramı həm zəngin, həm də maraqlıdır. Qiymətlər isə dəyişməyib və 3 manat təşkil edir.

Tətil günlərində azyaşlıları Bakı Zoloji Parkına da aparmaq olar. Bundan başqa heyvanlar, gimnastlar və klounların iştirakı ilə şou izləmək istəyənlər Bakı Dövlət Sirkinə gedə bilər. Bunun üçün isə 20 manatınızdan keçməli olacaqsınız.

Ətraflı AZTV-nin videomaterialında izləyə bilərsiniz:

Xəbər xətti