Cəlilabadda hamilə qadın qəfil öldü

TOPLUM bölməsi

19:03 - 19 Mart 2023

 Cəlilabadda hamilə qadın qəfil öldü

Cəlilabad rayonunda 8 aylıq hamilə qadın ölüb.

Yenipress.az Report-a istinadən xəbər verir ki, halı pisləşən rayon sakini, K.Qənbərova rayon xəstəxanasına gətirilib.

Lakin onun artıq öldüyü məlum olub.

Qadının ölüm səbəbi hələlik məlum deyil.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti