Parisdə pensiya islahatına qarşı növbəti mitinq başlayır

DÜNYA bölməsi

23:41 - 17 Mart 2023

 Parisdə pensiya islahatına qarşı növbəti mitinq başlayır

Fransanın paytaxtı Parisin mərkəzindəki Place de la Concorde meydanında pensiya islahatına qarşı növbəti mitinq başlayır.

Yenipress.az xəbər verir ki, onlar ölkədə pensiya yaşının artırılmasını nəzərdə tutan pensiya islahatına qarşı icazəsiz nümayiş keçirirlər.

Mitinqdə prezident Emmanuel Makronun istefasını tələb edən şüarlar səsləndirib.

Meydana əlavə polis və milli jandarm qüvvələri cəlb edilib.

Xatırladaq ki, sözügedən islahat pensiya yaşının 2 il - 62-dən 64-ə qaldırılmasını nəzərdə tutur.

Xəbər xətti