Tezliklə bu bölgəni qazanacağıq – Qaqin

DÜNYA bölməsi

23:36 - 17 Mart 2023

 Tezliklə bu bölgəni qazanacağıq – Qaqin

Hazırda Ukrayna qoşunlarının nəzarətində olan Donetskdən 13 km şimalda yerləşən Avdeyevka yaxın həftələrdə Rusiya Silahlı Qüvvələri tərəfindən mühasirəyə alına bilər.

Yenipress.az xəbər verir ki, bunu “dxr”in separatçı başçısının müşaviri Yanq Qaqin deyib.

“Son bir həftə ərzində Rusiya artilleriyası Ukrayna Silahlı Qüvvələrinin Avdeyevkadakı mövqeləri üzərində ciddi iş aparıb, Rusiya aviasiyası isə Ukraynanın möhkəmləndirilmiş ərazilərində daim işləyib. Bundan əlavə, rus bölmələri artıq şəhəri ələ keçirmək üçün əsas olan bir neçə yaşayış məntəqəsini ələ keçirib. Çox güman ki, yaxın gələcəkdə, yaxın həftələrdə Avdeyevkanı qazanacağıq”, - Qaqin bildirib.

O əlavə edib ki, Rusiya qüvvələri şəhər yaxınlığındakı yaşayış məntəqələrinə daxil olmağa başlayır.

Xəbər xətti