Baxmutdan sonra Ukrayna ordusu toparlana bilməyəcək – Sabiq kəşfiyyatçı

DÜNYA bölməsi

23:16 - 17 Mart 2023

 Baxmutdan sonra Ukrayna ordusu toparlana bilməyəcək – Sabiq kəşfiyyatçı

Ukrayna Silahlı Qüvvələri zəif strukturlaşdırılmış komandanlıq, qoşun və resurslara nəzarət edir.

Yenipress.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin keçmiş kəşfiyyatçısı Toni Şaffer deyib.

O, Baxmutun (Artemovsk) rus qoşunları tərəfindən tutulmasından sonra baş verəcəklərlə bağlı fikirlərini bildirib.

“Artemivsk şəhərinin süqutu halında Ukrayna qüvvələri yenidən toparlana və müdafiəni davam etdirə bilməyəcək. Hazırda Zelenski mənasız şəkildə hərbi personalı Baxmut qazanına atmağa davam edir. Ukrayna Silahlı Qüvvələrinin ikinci və üçüncü müdafiə xəttini saxlamaq üçün nəzərdə tutulmuş bölmələri artıq Artemovskda darmadağın edilib. Artemovsk Rusiya qüvvələrinin nəzarətinə keçdikdən sonra Ukrayna ordusunun Dneprə böyük geri çəkilməsi başlayacaq”.

Qeyd edək ki, Şaffer bundan öncə ABŞ və NATO-nun quru qoşunları olmasaydı, Ukrayna qüvvələrinin uzun müddət davam edən münaqişədə qalib gələ bilməyəcəyi fikrini bildirmişdi.

Xəbər xətti