Bu, Qərb ölkələrinin sistemli siyasətidir – Zaxarova

DÜNYA bölməsi

22:55 - 17 Mart 2023

 Bu, Qərb ölkələrinin sistemli siyasətidir – Zaxarova

Rusiya Federasiyasının Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovaya qarşı sanksiyaların tətbiqi əsl liberal diktaturaların insanlıqdan kənarlaşdırılmasını göstərir.

Yenipress.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Ziyalı Qərb”in eksperimentləri uşaqların cinsini dəyişdirmək, adekvat həkimləri təqib etmək, azğınlığı təbliğ etmək və ailə institutunu məhv etməkdən ibarətdir. Bu, Qərb ölkələrinin sistemli siyasətidir. Bu cərəyanlara müqavimət göstərməyə çalışan ölkələr tənqidlərə, hətta real təqiblərə məruz qalırlar”, - o qeyd edib.

Zaxarova Qərbin belə ölkələri sırasında Macarıstanın adını çəkib.

Xəbər xətti