Çeçen lider ukrayna hərbçilərinin tutulması üçün mükafat elan etdi

DÜNYA bölməsi

22:24 - 17 Mart 2023

 Çeçen lider ukrayna hərbçilərinin tutulması üçün mükafat elan etdi

Çeçenistan rəhbəri Ramzan Kadırov Quranın yandırılması görüntülərini lentə alan ukraynalı hərbçilər üçün böyük məbləğdə mükafat elan edib.

Yenipress.az xəbər verir ki, bu barədə Kadırov Teleqram kanalında yazıb.

O, Ukrayna Silahlı Qüvvələrinin bu hərbçilərinin tutulması və cəzalandırılması üçün hər cür səy göstərəcəyini bildirib.

“Mən bu pisliyin aradan qaldırılması üçün 5 milyon rubl mükafat elan edirəm. Onlar sağ-salamat ekstradisiya edilərsə, mükafat 10 milyon rubl olacaq. Bu nə vaxt baş versə - bu gün, sabah, bir ildən sonra pul gözləyəcək”.

Xəbər xətti