Putinin həbsinə qərar verildi

DÜNYA bölməsi

21:14 - 17 Mart 2023

 Putinin həbsinə qərar verildi

Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin və Rusiya Prezidenti yanında uşaq hüquqları üzrə səlahiyyətli şəxs Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.

Yenipress.azxəbər verir ki, bu barədə Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

“Vladimir Putin əhalinin qanunsuz deportasiyası və Ukraynanın işğal olunmuş rayonlarından uşaqların Rusiya Federasiyasına qanunsuz keçirilməsi kimi hərbi cinayətə görə məsuliyyət daşıyır”, - məlumatda deyilir.

Lvova-Belova ukraynalı uşaqları Rusiya Federasiyasına qanunsuz deportasiya etməkdə də ittiham olunur.

Xəbər xətti