Hədis Nəcəfi animasiyası Beynəlxalq Festivalda

DÜNYA bölməsi

13:47 - 17 Mart 2023

 Hədis Nəcəfi animasiyası Beynəlxalq Festivalda

İranda etiraz aksiyalarında hökumət məmurları tərəfindən öldürülən gənc şairə Hədis Nəcəfi barədə hazırlanan animasiya Fransada keçirilən animasiya filmləri festivalına qəbul edilib.

Yenipress.az xəbər verir ki, animasiyanın rejissoru Azərbaycan Respublikasından olan Nəzrin Ağamaliyevadır.

“Bu layihə mənim üçün xüsusi əhəmiyyət kəsb edirdi, çünki o, 21 sentyabr 2022-ci ildə İran təhlükəsizlik qüvvələri tərəfindən öldürülən Hədis Nəcəfinin xatirəsini yad edir və İranda gender, etnik və mədəni ayrı-seçkiliyə qarşı mübarizə aparanlara həsr olunub. Bu film maarifləndirməni artıracaq və dünyada müsbət dəyişikliklərə ilham verəcək”, - azərbaycanlı rejissor Nəzrin Ağamaliyeva bildirib.

Qeyd edək ki, sentyabrın 21-ü gecə saatlarında Kərəc şəhərinin Erəm bulvarında keçirilən dinc etiraz aksiyası zamanı azərbaycanlı gənc şairə və ədəbiyyatçı Hədis Nəcəfi hökumət məmurlarının atəşi nəticəsində həyatını itirmişdi.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər