Eldar Sultanov işdən çıxarıldı

TOPLUM bölməsi

12:39 - 17 Mart 2023

 Eldar Sultanov işdən çıxarıldı

Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Eldar Sultanov vəzifəsindən azad edilib.

Yenipress.az xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Eldar Sultanovun qulluq keçməsinə xitam verilib və Baş prokuror Kamran Əliyev tərəfindən ona “Prokurorluğun fəxri işçisi” döş nişanı təqdim edilib.

Xəbər xətti