Erməni müdafiə nazirinin bu addımı tənqid olundu

TOPLUM bölməsi

12:24 - 17 Mart 2023

 Erməni müdafiə nazirinin bu addımı tənqid olundu

Ermənistan sərhədində eskalasiya təhlükəsi yarananda müdafiə naziri nə edir? Bəli, futbola baxmaq üçün birbaşa stadiona gedir.

Yenipress.az xəbər verir ki, bunu erməni deputat Tiqran Abramyan deyib.

“Ölkə sərhədində eskalasiya təhlükəsi yarananda və Qarabağ 3 aydan artıq “blokadada” olanda ölkənin müdafiə naziri nə edir? Cavab budur - o, futbol matçına baxmaq üçün birbaşa meydana gedir”, - o bildirib.

Qeyd edək ki, deputatla yanaşı erməni sosial şəbəkə seqmentində də Ermənistanın müdafiə naziri Suren Papikyanın regiondakı gərgin hadisələr fonunda futbola getməsi tənqid edilib.

Yenipress.az

Xəbər xətti