Ərdoğanın hazırkı səs faizi açıqlandı

DÜNYA bölməsi

12:12 - 17 Mart 2023

 Ərdoğanın hazırkı səs faizi açıqlandı

AKP və Prezident Rəcəb Tayyib Ərdoğanın səsi 14 may seçkilərində daha da artacaq.

Yenipress.az xəbər verir ki, bunu AKP-nin seçki məsələləri üzrə baş katibinin müavini Əli İhsan Yavuz deyib.

“Prezidentimizin əvvəlki seçkilərdə aldığı səs faizinin aşağı düşməyəcəyini proqnozlaşdırıram. İnanıram ki, partiyamız 2018-ci ildə aldığı nisbətdən aşağı düşməyəcək. Partiyamızın rəsmisi AKP-nin 41 faiz səs alacağını deyib. Amma mən bunun artıq olacağını düşünürəm.

Prezidentin bu gün 53 faiz səsi var, bunun da seçkilərə qədər daha yuxarı qalxacağını hesab edirəm”, - deyə o bildirib.

Yenipress.az

Xəbər xətti