Azərbaycan bu ərazilərə nəzarəti ələ keçirəcək - Markov

SİYASƏT bölməsi

11:58 - 17 Mart 2023

 Azərbaycan bu ərazilərə nəzarəti ələ keçirəcək - Markov

2 il 5 aydan sonra Rusiya sülhməramlılarının Qarabağda mandatı başa çatacaq. Rusiya missiyası gedəcək, Azərbaycan Silahlı Qüvvələri bu əraziyə nəzarəti ələ keçirəcək. Və budur, məsələ həll olunacaq. Ona görə də İrəvan qalan vaxtda Qarabağ ermənilərinə hansısa muxtariyyət düzəltməyə çalışır.

Yenipress.az Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Azərbaycan erməni əhalisi ilə birgə yaşamağa hazırdır. Amma unutmaq olmaz ki, Azərbaycan ərazilərinin işğalı dövründə erməni əhalisinin nümayəndələri həm Yaxın Şərqdən, həm də digər məntəqələrdən bura köçürülüblər.

Əminliklə demək olar ki, Azərbaycan hakimiyyəti Bakı-İrəvan münasibətlərinin tənzimlənməsində konstruktiv addım və Ermənistanın konstruktiv mövqeyi olduqda Azərbaycanın istənilən yerində ermənilərin dinc yaşamasını təmin edəcək.  Onu da nəzərə almaq lazımdır ki, Paşinyan Qarabağ ermənilərinin  muxtariyyət olmadan birbaşa Azərbaycana inteqrasiyasına razılıq verərsə, fiziki zorakılıqla üzləşə bilər”, - Markov bildirib.

Xəbər xətti