Araik Moskvaya gedir: Qayıdanda ya “istefa” verəcək, ya da… – Erməni KİV

SİYASƏT bölməsi

09:39 - 17 Mart 2023

 Araik Moskvaya gedir: Qayıdanda ya “istefa” verəcək, ya da… – Erməni KİV

Azərbaycanın Xankəndi şəhərindəki separatçıların “rəhbəri” Araik Arutyunyan tezliklə Moskvaya gedəcək.

Yenipress.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” öz mənbələrinə istinadən məlumat yayıb.

“Araik Paşinyanla sonuncu görüşündən məyus qayıtdı, çünki Nikol Xankəndinin Bakıya inteqrasiyasının alternativinin olmadığını demişdi. Arutyunyan hesab edir ki, hazırda onun bu “vəzifədə” edə biləcəyi başqa bir şey yoxdur. Buna görə də “istefa” verəcək. Erməni siyasi dairələri bu baxımdan Moskva səfərinin həlledici olacağını deyirlər. Ya Moskvada onu razı salacaqlar, ya da gəlib “istefa” məktubu yazacaq”, – nəşr qeyd edib.

Qeyd edək ki, son vaxtlar Xankəndidə proseslər özünün pik həddinə çatıb. Bakı Qarabağ erməniləri ilə növbəti görüşün Azərbaycan paytaxtında keçirilməsini təklif edib. Separatçılar isə bu təklifi qəbul etməyiblər.

Paralel olaraq separatçılar rus sülhməramlılarının müşayiəti ilə Qarabağa silah-sursat daşımağa davam edirlər.

Bunların fonunda Xankəndidəki separatçıların “vəzifə”li şəxsləri arasında yaşanan fikir ayrılığı terrorçu, saxta rejimdə parçalanma artırıb.

Xəbər xətti