Rus sülhməramlılar “atəşkəsin pozulduğunu” bildirdi

TOPLUM bölməsi

22:37 - 16 Mart 2023

 Rus sülhməramlılar “atəşkəsin pozulduğunu” bildirdi

Azərbaycanın Qarabağ bölgəsinin bir hissəsinə müvəqqəti olaraq yerləşdirilən Rusiya sülhməramlı kontingenti bu gün Ağdərə istiqamətində “atəşkəsin pozulması faktının” qeydə alındığını bildirib.

Yenipress.az xəbər verir ki, bu barədə Rusiya MN-in günlük bülletenində bildirilib.

Qeyd edilib ki, zərərçəkən yoxdur. Rus sülhməramlılar Azərbaycan və “erməni tərəfi” ilə (erməni tərəfi dedikdə, Rusiya sülhməramlıların kimi nəzərdə tutduğu təxmin edilir – red.) birgə araşdırma aparır.

Qeyd edək ki, Rusiya sülhməramlılarının məsuliyyət zonasında hər hansı atəşkəs pozuntusu ilə bağlı Azərbaycan MN məlumat yaymayıb.

Yenipress.az

Xəbər xətti